Ağdaşda Koreya Kinosu Festivalı çərçivəsində filmlərin nümayişinə başlanıldı.
31 avqust Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan- Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə 2015-ci ilin 06 iyul-15 avqust tarixlərində ölkəmizin 5 regionunda “Azərbaycanda Koreya Kinosu Festivalı” günlərinin keçirilməsinə başlanılmışdır.
Festivalın təşkilatçıları filmlərin tamaşaçılara nümayişi ilə əlaqədar Ağdaş rayonuna gəlmişlər.
2015-ci ilin 31 iyul tarixində festivalın təşkilatçıları Ağdaş Rayon İcra Hakimiyyətiin başçısı cənab Tofiq İbrahimovla göruüşmüşdür. Görüşdə Azərbaycan-Koreya münasibətlərinin inkişafından danışılmış, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuş, festivalın ölkənin mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyi qeyd edilmişdir.
Açılış mərasimindən öncə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Ağdaşda festivalın açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilib. Mərasimdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov , SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Çoi Suk-in çıxış ediblər. Onlar əməkdaşlıq münasibətlərindən məmnunluqlarını ifadə edərək qeyd ediblər ki, “Koreya Kinosu Festivalı” iki ölkənin insanlarını və mədəniyyətini birləşdirmək üçün mühüm mədəni körpü rolunu oynayır.
Çıxışlar bitdikdən sonra tamaşaçılara rejissor Sung Si-heupun 2013-cü ildə çəkdiyi “Nizamlı Adam” (The Plan Man) kinofilmi təqdim olunub. Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Ağdaşda festival öz işini 1-6 avqust tarixlərində davam etdirəcəkdir. Qeyd olunmalıdır ki, təqdim edilən filmlərin bütün seansları ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur.