Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Gənclər və İdman Nazirliyinin yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib

23 iyul 2015 | 10:00

23 iyul 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçrilən tədbirin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər qərənfillər düzmüşlər.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov son 21 ildə  Nazirliyin və onun tabeliyində olan yerli idarələrin respublikanın sosial-iqtisadi, ictimai-mədəni və idman həyatındakı rolundan bəhs etmiş, gənclərin ayrı-ayrı sahələrdə qazandıqları uğurlardan, ölkəmizdə  və rayonda gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır.
  Tədbir iştirakçıları son illər ərzində  rayonda gənclər siyasəti, bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı, idman infrastrukturunun yeniləşməsi, respublika və beynəlxalq  əhəmiyyətli idman tədbirlərində gənc idmançıların uğur və nailiyyətləri, məşəl estafeti tədbirindən bəhs  edən video görüntülərə tamaşa etmişlər.
Çıxış edənlər tərəfindən  rayonda idmanın kütləviliyinin təmin edilməsində keçirilən tədbirlərin mühüm əhəmiyyəti  diqqətə çatdırmaqla, yeniyetmə və gənclərin qazandıqları uğurların təməlində  ulu öndər  Heydər Əliyevin uzaqgörən  və məqsədyönlü siyasətinin dayandığı qeyd edilmiş, bu sahədə bərqərar olmuş təcrübənin və qazanılan  uğurların daha da  zənginləşdirilməsinə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın böyük töhfələr bəxş etdikləri vurğulanmış, Nazirliyin yaradılmasının tarixi əhəmiyyəti barədə geniş fikir mübadiləsi edilmişdir.
  Tədbirdə idmanın boks, taekvondo, şahmat növləri üzrə respublika və beynəlxalq  əhəmiyyətli  yarış və turnirlərin qalibləri çıxış edərək qazandıqları uğurlara görə rayon rəhbərliyi, Gənclər və İdman idarəsinin kollektivi, idman bölmələri üzrə məşqçi-müəllimlərin məqsədyönlü  fəaliyyətini qeyd etməklə minnətdarlıq  hisslərini ifadə etmişlər.

Keçidlər