Ağdaşda Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
22 iyul 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər qərənfillər düzmüşlər.
Tədbirdə iştirak edənlər milli mətbuatın 140 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamların mühüm əhəmiyyətini qeyd etməklə , Prezidentin mətbuat işçiləri ilə görüşündə söylədiyi fikirlərin ölkədə böyük rezonans doğurduğunu dilə gətirərək, bu yanaşmanın bütövlükdə Azərbaycan mediasına ölkə rəhbərliyinin böyük inam və etibar nümayiş etdirməsinin əyani sübutu olduğunu vurğulamışlar.
Çıxış edənlər Azərbaycan milli mətbuatının tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etməklə, bu ənənənin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini bildirmiş, yerli “Ağdaş” qəzetinin rayonun ictimai-siyasi və sosial-mədəni həyatında mühüm rola malik olduğunu diqqətə çatdırmışlar.
Tədbirin yekununda rayonun mətbuat işçiləri və qocaman jurnalistlərin bir qrupu rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.