Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46-ci ildönümü Ağdaş rayonunda qeyd edilmişdir.

14 iyul 2015 | 10:00

Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 46-ci ildönümü Heydər Əliyev Mərkəzində rayon  icra hakimiyyətinin təşkilatçılığı ilə qeyd edilmişdir.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə tər çiçək dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin xalqımızın taleyində böyük rol oynadığı, ulu öndərin apardığı islahatlar nəticəsində Azərbaycanın 1969-1982-ci illərdə  aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrildiyi, eyni zamanda bu müddət ərzində ölkəmizin keçmiş müttəfiq respublikalar arasında bütün fəaliyyət istiqamətləri üzrə daim öncüllər sırasında olduğu diqqətə çatdırılmışdır. Ulu öndər Heydər Əliyevin böyük  uzaqgörənliyi, yüksək təşkilatçılıq qabiliyyəti, neqativ hallara qarşı nümayiş etdirdiyi barışmazlığı, qətiyyəti və siyasi iradəsi sayəsində respublikamız keçmiş ittifaq və onun hüdudlarından kənarda da tanınmışdır.
Müstəqilliyin ilk illərində ümummilli liderin hakimiyyətə yenidən qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etmişdir.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmləri ərzində Ağdaş rayonunun iqtisadiyyatı sürətlə inkişaf etmiş, onlarla sənaye obyektləri, emal müəssisələri işə düşmüş,  rayon ərazisində yüzlərlə kilometr yollara asfalt  örtük döşənmiş, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları,  yeni yaşayış binaları,  tikilmiş, rayon mərkəzi , qəsəbə və kəndlərin işıq,  qaz  və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunmuşdur.  Ulu öndər siyasi fəaliyyəti dövründə 5 dəfə Ağdaş rayonuna səfər etmiş onunla keçirilən unudulmaz görüşlər ağdaşlıların qəlbində silinməz izlər buraxmaqla, bu gün də məmnunluqla xatırlanır.
Tədbirdə qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev təkrar siyasi hakimiyyətə qayıdışından sonra titanik fəaliyyəti ilə  sevdiyi xalqına firavan,  dinamik inkişaf edən bir dövlət miras qoyub getmiş, onun böyük quruculuq missiyası  və dövlətçilik ənənələri möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Keçidlər