Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə tədbir keçirilib.

08 iyul 2015 | 10:00

8 iyul 2015-ci il tarixdə Heydər  Əliyev Mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə tədbir keçirilib.
  Tədbirdə qeyd olunmuşdur ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış xalqımızın ümummilli lideri Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət  yeni dövrün tələblərinə uyğun olaraq  Azərbaycan Respublikasının Prezidenti tərəfindən hazırda uğurla davam etdirilir.
  Tədbir iştirakçıları çoxtirajlı “Ağdaş” qəzetinin rayonda  milli mətbuatın  ənənələrinə sadiqliyini qeyd edərək, doğma qəzetin 83 ildən artıq dövr ərzində  rayonun ictimai-siyasi  və sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri layiqincə işıqlandırdığını diqqətə çatdırmışlar.

Keçidlər