Ağdaşda dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur.
Ağdaşda 23 iyun 2015-ci il tarixdə dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışmış, dövlət qulluqçularının peşə bayramının təsis edilməsi haqqında sərəncamının əhəmiyyətini yüksək qiymətləndirmişlər. Xüsusi vurğulanmışdır ki, müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət idarəçiliyi mexanizminin tətbiqini zamanın tələbinə uyğun həyata keçirən vəzifəli şəxslərdir. Eyni zamanda peşəkar kadrlar dövlət qulluğunun əsas hərəkətverici qüvvəsini təşkil edir.
Sonda dövlət qulluğu sahəsində çalışan bir qrup işçilərə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ağdaş rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur.