Ağdaşda 15 iyun –Milli Qurtuluş günü qeyd olunmuşdur.
13 iyun 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ağdaş rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə təntənəli tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Mərkəzin qarşısındakı əzəmətli abidəsi önünə gül dəstələri qoymaqla xatirəsinə sonsuz ehtiramlarını bildirmişlər.
Təntənəli tədbirdən öncə dövlət himni səsləndirilmişdir.
Milli Qurtuluş gününə həsr edilən tədbirdə məruzə ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və digər natiqlər Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin XX əsrin böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, dahi şəxsiyyət, dövlətçilik tariximizin böyük siyasət nəhəngi olan böyük öndərin adının Azərbaycan xalqının simvoluna, əməlləri, həyatı və dövləti fəaliyyətinin doğma xalqına və torpağına sədaqət nümunəsi olduğu, Milli Qurtuluş gününün isə Azərbaycanın unudulmaz tarixinə çevrildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə qeyd olunmuşdur ki,bu gün Azərbaycan müstəqil dövlət olaraq dünya birliyində ölkələri sırasında dinamik inkişaf edərək, qazandığı uğurlarla regionun söz sahibi olan güclü dövlətə çevrilmişdir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.
I Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin ilk dəfə olaraq Azərbaycanda keçirilməsi isə müstəqillik tariximizin növbəti qürurverici zəfərlərindən biri olmaqla uzun müddət yaddaşlardan silinməyəcəyi məmnunluqla vurğulanmışdır.
Günün sonunda şəhərin Heydər parkında rayonun musiqi kollektivlərinin ifasında böyük bayram konserti təşkil edilmişdir.