Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda son zəng tədbirləri keçirilmişdir.

30 may 2015 | 10:00

29-30 may 2015-ci il tarixdə respublikanın bütün  orta  ümumtəhsil məktəblərində olduğu kimi  Ağdaş rayonunun ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin iştirakı ilə ənənəvi son zəng tədbirləri keçirilmişdir.
Rayonun təhsil müəssisələrində keçirilən tədbirlərdə iştirak edən rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə müəssisə, təşkilat rəhbərləri, vaildeynlər, pedaqoji kollektivləri və onbirinciləri təbrik edərək onlara  öz arzu və istəklərini bildirmiş, müstəqil həyatın astanasında olan gənclərə Vətənə layiqli övladlar olmağı tövsiyə etmiş,  qarşıdan gələn imtahan, elm və təhsil sınaqları və  müstəqil həyat  yollarında davamlı uğurlara nail olmağı arzulamışlar.
   Tədbirlərdə çıxış edənlər qeyd etmişlər ki, ulu öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasının ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə təhsil sahəsində həyata keçirilən  islahat və tədbirlər təhsilin müasir infrastrukturunun yaradılması, tədris-maddi bazanın  möhkəmləndirilməsinə  ciddi təsir göstərmiş,  qeyd  olunan istiqamətlərdə  əldə edilən uğurlar  son nəticədə təhsilin keyfiyyət göstəricilərinin daha da  yaxşılaşmasına  müsbət zəmin yaratmışdır.
  Bildirilmişdir ki,  2014/2015-ci dərs ilində Ağdaş rayonunun 68 ümumtəhsil  məktəbi üzrə ümumi təhsilə cəlb olunan 13920 nəfər  şagirddən 1210 nəfəri ümumi orta  təhsil pilləsini,  936 nəfər şagirdin tam orta təhsil pilləsində təhsilini  başa vuracağı gözlənilir.
  Məktəblərin tədris binalarında  keçirilən tədbirlərdə məzunların ifasında bədii proqramlar  nümayiş etdirilmiş, xatirə şəkilləri çəkdirilmiş, birinci sinif şagirdləri məzunları təbrik etmiş, rəmzi son zəng  çalınmışdır.

Keçidlər