Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Respublika gününə həsr olunmuş tədbir keçirildi.

27 may 2015 | 10:00

27 may 2015-ci il tarixdə saat 1100-da Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin 97-ci ildönümü və Respublika gününə həsr olunmuş  dəyirmi masa  keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirmişlər.  Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cumhuriyyəti mövcud olduğu 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir dönüş mərhələsinin əsasını qoymuşdur. Demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan  hazırda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda mətin addımlarla irəliləyir. Xalqımız bundan sonra da ümummilli liderimizin layiqli davamçısı,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha böyük tarixi zəfərlər əldə etməklə, öz müstəqilliyinin əbədiliyinin qorunub saxlanılmasına möhkəm təməllər yaradacaqdır.

Keçidlər