Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Ağdaş rayonunda alovlandırıldı.

22 may 2015 | 10:00

22 may 2015-ci il tarixdə Ağdaş şəhərində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və kiçik bayraqlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılamışdır.
Avropa Oyunlarının rəmzi qapısında məşəl alovu məşqçi-müəllim Rüstəm Şamilov tərəfindən qəbul edildikdən sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən idmançılardan və gənclərdən ibarət 10 nəfər məşəldar Avropa Oyunlarının rəmzi qapısından keçməklə məşəl yürüşünə başlamışlar.
Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında 3 kilometrlik məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, Heydər Əliyev Meydanına daxil olmuşlar.
Rayonun fəal gənclərindən biri, tələbə Səbinə Əlipaşayeva səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırmışdır. Məşəldən götürülmüş alovla yandırılan “Bakı-2015”-in çırağı rayon ictimaiyyətinə təqdim edildikdən sonra boks üzrə ikiqat Azərbaycan çempionu Rüfət Nəbiyev tərəfindən yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verilmişdir.
Tədbirdə Atəşgah məbədində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində iştirakını əks etdirən  videoçarx nümayiş etdirilmişdir.

Keçidlər