Ağdaşda bələdiyyə üzvü olan qadınların iştirakı ilə tədbir keçirildi.
16 may 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi ilə birgə qadınların yerli özünüidarəetmədə iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə təlim keçirilmişdir.
Tədbirdə bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və iştirakının artırılması istiqamətində peşəkar layihələrin işlənib hazırlanmasını nəzərdə tutan praktik tövsiyələrdən ibarət “Fəal ol” adlı təlimat kitabçasının təqdimatı keçirilmiş, qadınların bələdiyyə idarəetməsində layihələrin həyata keçirilməsində fəallığının artırılmasının zəruriliyi qeyd olunmuşdur.
Tədbirdə rayonun qadın bələdiyyə sədr və üzvləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ekspert təlimçisi Lyudmila Xəlilova iştirak etmişdir.
Təlim qarşılıqlı fikir mübadiləsi ilə başa çatmışdır.