Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.

10 may 2015 | 10:00

10 may  2015-ci tarixdə  Ağdaşda  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü möhtəşəm  tədbirlərlə qeyd olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
   Tədbirdə ulu öndərin abidəsi ziyarət olunub, rayon ictimaiyyəti adından abidənin önünə əklil qoyulub, ulu öndərin əziz xatirəsi ehtiramla anılıb.
  Sonra  rayonun bütün əmək kollektivləri, təhsil müəssisələrinin tələbə və şagirdləri, rayonun inzibati ərazi dairələrini əhatə edən 15 mindən artıq rayon sakini abidənin önünə tər güllər düzərək ulu öndərin əziz xatirəsinə  öz ehtiramlarını nümayiş etdirmişlər.
  Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov məruzə ilə çıxış edərək qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Bütün həyatını doğma Azərbaycana və xalqına həsr edən ulu öndər bənzərsiz və müqayisə olunmaz şəxsiyyət olmaqla Vətənimizin tarixində silinməz izlər qoyub getmişdir. Qeyd olunmuşdur ki,  bu gün Heydər Əliyevin möhkəm bünövrəsini qoyduğu dövlətçiliyimiz ümummilli liderin müdrik siyasətinin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmiş, ölkəmizdə həyata  keçirilən daxili və xarici,  eləcə də  regional siyasət kursunun gerçəkləşdirilməsində böyük uğurlar əldə edilmişdir.
Tədbir rayonun  mədəniyyət kollektivlərinin ifasında  rəngarəng konsert  proqramı ilə başa çatmışdır.

Keçidlər