Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

09 may 2015 | 10:00

9 may 2015-ci il tarixdə  rayonda 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi münasibətilə  tədbirlər keçirilib. Tədbirdə rayon  icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, arxa cəbhə veteranları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
  Tədbir  iştirakçıları əvvəlcə Şəhidlər  abidə kompleksində Böyük Vətən Müharibəsində həlak olan ağdaşlıların şərəfinə ucaldılan abidəni ziyarət etmiş, abidənin önündə yadigar  olaraq xatirə şəkli çəkdirilmiş, sonra  isə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun nurlu xatirəsinə ehtiram əlaməti olaraq  tər güllər düzülmüşlər.
   Qələbə bayramı Heydər Əliyev Mərkəzində təşkil edilən ziyafət  süfrəsinin arxasında davam etdirilmişdir.
  Çıxış edənlər 1941-1945-ci illər müharibəsində əldə edilən tarixi  qələbədə ön və arxa cəbhədə   fədakarlıqla vuruşan  ağdaşlılar barədə  geniş məlumat vermiş, müharibənin  davam etdiyi 5 ilə yaxın dövr ərzində 9 mindən artıq  ağdaşlının cəbhəyə səfərbər  olunduğu,  yola salınanların 4 min nəfəri həlak olduğu və yaralanaraq  şikəst  və əlilliyə məruz qaldığı diqqətə çatdırılmışdır. Müharibənin qələbə  tarixi qələbə ilə sona çatmasına  ağdaşlılar da  öz layiqli töhfələrini bəxş etmiş, 2 nəfər  ağdaşlı-Fariz Səfərov və Səməd Abdullayev Sovet İttifaqı Qəhrəmanı kimi  yüksək fəxri ada layiq görülmüş, ön və arxa cəbhələrdə nümayiş etdirdikləri böyük döyüş şücaəti və fədakarlıqlarına görə yüzlərlə rayon sakini isə orden və medallarla təltif edildiyi diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, müharibə veteranları daim xalqımızın ümummilli lideri  Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş,  göstərilən bu qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  hazırda uğurla  davam etdirilir.
  Sonda  müharibə və arxa cəbhə veteranları  iştirakçılarına yubiley medalları, rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Əsədullayevin adından maddi yardımlar və qiymətli hədiyyələr  təqdim edilimişdir.
Tədbir rayonun mədəniyyət kollektivlərinin  ifasında  rəngarəng konsert proqramı ilə   davam etdirilmişdir.

Keçidlər