Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Mərkəzi rayon xəstəxanasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub

05 may 2015 | 10:00

5 may 2015-ci il tarixdə Ağdaş Mərkəzi rayon xəstəxanasında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda elmi- praktiki konfrans  keçirilib.
    Mərkəzi rayon xəstəxanasının tibb personalı və rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə  xəstəxananın baş həkimi, r əməkdar həkim Nuru Nuriyev açaraq xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyatı və dövləti fəaliyyəti barədə danışmış, Heydər Əliyevin qeyri-adi şəxsiyyət olaraq əsl siyasət və dövlət xadiminə xas olan xüsusiyyətləri və böyük istedadı  sayəsində hələ sağlığında ikən canlı əfsanəyə çevrildiyini qeyd etmişdir.  O, daha sonra çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyevin zəngin irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsi olaraq daim öyrənilməli və təbliğ edilməlidir.
  Dinlənilən məruzə və çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə bilavasitə xalqımızın ümummili lideri Heydər Əliyevin himayəsində olmaqla, onun rəhbərliyi altında inkişaf edərək indiki yüksək səviyyəyə çatmışdır.  Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərən və xalqın sağlamlıq məsələlərinə qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi. 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edərkən,  1982-1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri  olduğu illərdə, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti  vəzifəsində çalışarkən ulu öndər Heydər Əliyev səhiyyəmizin misilsiz yüksəlişini, əsrlərə bərabər tərəqqisini təmin edib.
  Qeyd olunmuşdur ki,  ümummili liderimizin Azərbaycanın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafına  dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Son illər Ağdaşda səhiyyənin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.  Rayonun səhiyyə işçiləri  bu diqqət və qayğıya dövlət başçısına minnətdardırlıq hisslərini ifadə etmişlər.
    Tədbirin yekununda iştirakçılar  ulu öndər  Heydər Əliyevin həyatı və  dövlətçilik fəaliyyətinə həsr edilən” Dahi şəxsiyyət” filminə tamaşa etmişlər.

Keçidlər