Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda kitab bayramı keçirildi.

01 may 2015 | 10:00

01 may  2015-ci il tarixdə  səhər 1000-dan başlayaraq  Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən, Ağdaşda ənənəvi olaraq hər il təşkil olunan  sayca 7-ci kitab bayramı keçirilib. Bayram tədbiri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  Mədəniyyət və Turizm şöbəsinin Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi tərəfindən təşkil olunub. Tədbirdə  1200-ə yaxın kitab  nümayiş etdirilib.
Kitab bayramında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş  nəşrlərə geniş yer verilmişdir. Mərkəzin geniş foyesində humanitar, hüquq, sahibkarlıq, iqtisadiyyat, kənd təsərrüfatı ilə bağlı məlumat ədəbiyyatları, kitab abidələri sırasına daxil olan qədim, iri həcmli və miniatür kitablar sərgilənməklə yanaşı, monitorlar vasitəsilə ulu öndərin həyat və fəaliyyəti,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin may ayının 1-də Ağdaş rayonuna  səfəri ilə bağlı videomateriallar nümayiş etdirilmişdir.
Sərgilənən kitablar arasında yerli yazarların da nəşrləri  yer alıb.
Tədbirdə rayonun kitabxana, mədəniyyət, təhsil işçiləri, məktəblilər və ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Çıxış edənlər kitab mədəniyyətinin formalaşması istiqamətində ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin dövlətçiliyimizin mədəni inkişafına mühüm töhfələr bəxş etdiyini qeyd etməklə bərabər, informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq kitabların hələ də həyatımızda və mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi  olduğu diqqətə çatdırılmışdır.
Bayram tədbiri rayonun mədəniyyət kollektivlərinin təqdimatında  rəngarəng konsert proqramı ilə başa çatmışdır.

Keçidlər