Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeniyetmə və Gənclərin X ümumrayon Spartakiadasının açılış mərasimi keçirilmişdir.

24 aprel 2015 | 10:00

24 aprel 2015-ci il tarixdə Ağdaş Olimpiya idman kompleksində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmə və Gənclərin X ümumrayon spartakiadasının təntənəli açılış mərasimi keçirilmişdir.
Spartakiadanın açılış mərasimində Olimpiya himninin sədaları altında rayonun 43 inzibati ərazi nümayəndəliyindən 700 nəfərdən artıq idmançı  Olimpiya  idman  kompleksinə daxil olmuşdur.  Bildirilmişdir ki, idmanın 14 növü üzrə 24 aprel - 4 may tarixlərində keçiriləcək yarışlarda 200-dən artıq medal və diplom uğrunda  2000 nəfərdən artıq yeniyetmə və gənc öz qüvvələrini sınayacaqdır.
Dövlət himninin səsləndirilməsi ilə komandaların kapitanları yarışların rəsmi açılışını bildirən dövlət bayrağını qaldırmışlar.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxış edərək ulu öndərin 92-ci ildönümünə həsr olunmuş ənənəvi spartakiadanın keçirilməsinin rayonda idmanın kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını, son dövrlər rayon rəhbərliyinin bədən tərbiyəsi və idmanın inkişafına  göstərdiyi qayğının  müsbət  nəticələr verdiyini, bu tədbirlərin yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etməklə, bütün idman növləri üzrə təmsil olunan idmançılara yarışlarda uğurlar arzulamışdır.
Açılış mərasimi idmançıların təqdimatında  nümunəvi çıxışlarla  sona çatmışdır.
Tədbirdə respublika Gənclər və İdman Nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev iştirak etmişdir.

Keçidlər