Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda narkomaniya və qeyri-dini təriqətlərə həsr olunan tədbir keçirilmişdir.

09 aprel 2015 | 10:00

9 aprel  2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  rayon Polis şöbəsi, Polis veteranları şurası, rayon Ağsaqqallar Şurası və Gənclər İdman İdarəsi ilə birgə “Narkomaniya və qeyri-dini təriqətlərə qarşı  mübarizədə gənclərin rolu” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masa ətrafında keçirilən müzakirələrdə  qeyd olunmuşdur ki,  Azərbaycan dövləti narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həm respublika daxilində, eyni zamanda beynəlxalq müstəvidə də səylərini ilbəil gücləndirir. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev beynəlxalq qurumlarda çıxışları, dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı Dağlıq Qarabağda separatçıların nəzarəti altında olan ərazilərdə qanunsuz narkotiklərin istehsalı ilə məşğul olunduğunu dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın tələblərindən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində kompleks təşkilati tədbirlərin həyata keçirilməsi  ölkəmizdə narkotizmə qarşı mübarizəyə verilən önəmin əyani sübutudur.
Çıxışlarda  qeyd olunmuşdur ki, narkomaniya ilə mübarizə heç şübhəsiz ki, çoxşaxəli  fəaliyyət tələb edən dinamik bir prosesdir. Bu bəlanın ictimai təhlükəsi ondan ibarətdir ki,  o, milli varlığımıza böyük zərbə vura bilər. Məhz buna görə də əsasən gizli şəraitdə baş verən, alış-satışı, istehlakının geniş vüsət aldığı bu təhlükənin dəf edilməsi   dövlət və özəl qurumların fəaliyyətinin əsas hədəfi olmalıdır. Rayonun əlaqədar dövlət qurumları və ictimaiyyətin nümayəndələri genefondumuza zərbə vuran və  müstəqilliyimizi daim təhdid edən bu bəlaya qarşı fəaliyyətlərini daim  artırmaq üçün əzmlə çalışmalıdır.

Keçidlər