Ağdaşda 31 Mart-Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirlər keçirilib.
31 mart 2015-ci il tarixdə rayonda 31 Mart-Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirlər keçirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçrilən tədbirdə dinlənilən məruzə və çıxışlarda çar Rusiyasının süqutundan sonra bolşevik-daşnak dəstələri tərəfindən Bakı şəhəri və Azərbaycanın digər rayonlarında etnik təmizləmə əməliyyatlarının həyata keçirdiyi, bu əməliyyatlar nəticəsində minlərlə dinc insanların qətlə yetirildiyi qeyd edilmişdir. Sovet dönəmində soyqırım hadisələri uzun illər unutdurulmaqla ört -basdır edilsə də, dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 fevral tarixli Fərmanı ilə “31Mart-Azərbaycanlıların Soyqırımı günü” kimi qey olunmağa başlandığı diqqətə çatdırılmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin, xalqımıza qarşı törədilən soyqırımı həqiqətlərinin real faktlar və dəlillər əsasında bütün dünyaya çatdırılması, xalqımız haqqında yanlış təsəvvürləri tamamilə dəyişməsi barədə geniş fikir mübadiləsi aparılmışdır.
Mərkəzi rayon kitabxanasında keçirilən tədbirdə soyqırım hadisələrinə həsr olunmuş kitab sərgisi təşkil edilmiş, erməni vəhşiliyinə həsr edilmiş videoçarx nümayiş etdirilmiş, tədbir məktəblilərin ifasında ədəb-bədii kompozisiyanın təqdimatı ilə yekunlaşmışdır.