Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Novruz şənlikləri böyük təntənə ilə keçirilmişdir.

19 mart 2015 | 11:00

Tədbir 19 mart 2015-cü il tarixdə saat 10:00-dan başlayaraq bayramsayağı bəzədilmiş Heydər Əliyev prospekti, Azadlıq meydanı, Heydər xiyabanı və Heydər parkında keçirilmişdir.
         Tədbirin keçirildiyi məkanlarda  gənc rəssamların əl işləri, qədim əşyalar, milli mətbəx və xalq sənəti nümunələrinin nümayişi təqdim olunmuş,  güləş, karate, boks, şahmat, dama,  idman növləri üzrə idmançıların nümunəvi çıxışları,  “Kəndirbazlar” sirk folklor qrupu və rayonun mədəniyyət kollektivlərinin ifasında rəngarəng mahnı və xalq  rəqslərindən ibarət proqram təqdim edilmişdir.
Novruzun gəlişi münasibətilə Heydər Əliyev prospektində bayram tonqalı yandırılmış,  bayramın əsas atributları olan Bahar qız, Dədə Qorqud, Keçəl, Kosa  və milli geyimdə olan qızlar və oğlanlar meydana daxil olmuş və folklor kollektivləri və meyxanaçıların novruz ovqatlı nümunəvi çıxışları təqdim olunmuşdur.
Baharın gəlişi münasibətilə yeniyetmə və gənc idmançıların  iştirakı ilə  Heydər Əliyev prospektində qaçış marafonu keçirilmiş və qalib idmançılara  pul mükafatları verilmiş, eyni zamanda xüsusi təlim görmüş cins  atlarla çaparlar maraqlı nömrələr nümayiş etdirmişlər.
        Şəhid ailələri və Qarabağ veteranları  əhalinin imkansız təbəqəsinə mal, qoyun və toyuq əti  olmaqla  3 min paydan artıq bayram sovqatı verilmiş, bayram iştirakçıları və uşaqlara plov, kabab, eyni zamanda milli mətbəximizin müxtəlif çeşidli yeməkləri bişirilməklə xidmət göstərilmişdir.
        Rayon rəhbərliyi tədbirlərin keçirildiyi ərazilərdə əhali ilə görüşmüş, onlara bayram təbriklərini çatdırmışdır. Tədbir şəhərin görməli yerlərində bayram gəzintisi ilə başa çatmışdır.
        
Bayram tədbirində 20 mindən artıq rayon əhalisi iştirak etmişdir.

Keçidlər