Ağdaşda 8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı tədbir keçirilmişdir.
Ağdaş rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq “8 Mart - Beynəlxalq Qadınlar günü” ilə bağlı rayonun idarə, müəssisə və təşkilatları, habelə təhsil, səhiyyə və mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilmişdir.
6 mart 2015-ci il tarixdə saat 1000-da “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə “Ay işığı” şadlıq sarayında bayram şənliyi keçirilmişdir.
Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycanda təkrar siyasi hakimiyyətə qayıdışından sonra qadınlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etdiyini qeyd etmiş qadınların ənənəvi sahələrlə yanaşı dövlət qulluğu işlərinə də daha fəal şəkildə cəlb olunduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınlarının dünyada fəal rolunu təcəssüm etdirən ən yaxşı nümunədir. Bildirilmişdir ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin qadın siyasəti sahəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamət olaraq uğurla davam etdirilir.
Çıxışlarda ağdaşlı qadınların ölkənin ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirakı barədə xoş sözlər səsləndirilmiş, yüksək mükafatlara layiq görüldüyü xüsusi vurğulanmış, onların rayonda gedən abadlıq-quruculuq işlərinə layiqli töhfələr verdikləri diqqətə çatdırılmışdır.
Tədbirdə əyləncəli nömrələr, viktorinalar keçirilmiş, qaliblərə qiymətli hədiyyələr təqdim edilmişdir.
Rayonun mədəniyyət kollektivlərinin ifasında təqdim olunan oynaq musiqilər, səhnəciklər, məktəblilərdən ibarət rəqs qrupunun fəal iştirakı tədbirə xüsusi ahəng vermişdir.