14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı
İyulun 14-də Ağdaş rayon İcra Hakimiyyəti və YAP Ağdaş rayon təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri, Ulu Öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” mövsuzunda tədbir keçirilib.
Tədbirdən öncə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və bir qrup partiya fəalı Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb,dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
YAP Ağdaş rayon təşkilatının konfrans zalında tədbir davam etdirilib. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov giriş nitqində Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ilə Azərbaycanın inkişafında və dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu tarix ölkənin hərtərəhli inkişafının əsasını qoyan dönüş nöqtəsi olub.
Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova cıxışında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanmasını, onun müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ölkədə sabitliyin bərqərar olmasını, milli birliyin möhkəmləndirilməsini və müstəqil dövlət quruculuğunun əsasının qoyulmasını qeyd etmişdir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf xətti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin davamlı yüksəlişini təmin edən başlıca istiqamət kimi həyata keçirilir.
Çıxış edən partiya fəalları Ulu Öndərin Azərbaycanın inkişafı, milli dövlətcilik ənənələrinin formalaşdırılması və müasir müstəqil Azərbaycanın qurulmasındakı tarixi xidmətlərindən bəhs ediblər.
Tədbirinin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.







