Ağdaşda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir.
28 dekabr 2014-cü il tarixdə saat 11:00-da bayramsayağı bəzədilmiş “Ay işığı” şadlıq sarayında rayon icra hakimiyyətinin təşkilatçılığı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bədii-əyləncəli tədbir keçirildi.
Rayon icra hakimiyyətinin başçısının birinci müavini Cavid Osmanov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq siyasətinin həyata keçirilməsində mühüm uğurlar əldə edildiyini bildirdi. Natiq daha sonra çıxış edərək qeyd etdi ki, ölkə Prezidentinin 2014-cü ilin may ayının 1-də Ağdaşa səfər etməsi, bir sıra sosial infrastruktur obyektlərin açılışında iştirakı, eyni zamanda müvafiq sərəncamları ilə il ərzində rayonun ictimai-siyasi və sosial-mədəni inkişafında xidmətləri olan rayon sakinlərini təltif etməsi ağdaşlılar tərəfindən dərin razılıq hissilə qarşılanmışdır.
Rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan, aparılan quruculuq işlərinə yaxından dəstək olan rayon ictimaiyyəti nümayəndələrinin bir qrupu mükafatlandırıldı.
Tədbir boyunca mədəniyyət kollektivlərinin ifasında şən rəqslər, musiqi nömrələri təqdim olunmaqla, lotereya oyunları və viktorinalar keçirildi.