Ağdaşda məişət zorakılığına məruz qalmış şəxslərlə sosial, tibbi və psixoloji iş mövzusuna həsr edilmiş təlim kursları keçirilmişdir.
28-29 noyabr 2014 cü il tarixlərdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Ağdaş rayon icra hakimiyyəti və Ümidli Gələcək Gənclər Təşkilatının dəstəyi ilə “Məişət zorakılığına məruz qalmış şəxslərlə sosial, tibbi və psixoloji iş” mövzusuna həsr edilmiş təlim kursları keçirilmişdir. Təlim kurslarında rayonun müvafiq dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
Ümidli Gələcək Gənclər Təşkilatının Zorakılıq və Cinayətin Qurbanı olmuş Uşaqlar üçün Sosial Reablitasiya Mərkəzinin işçisi Məhəmməd Bayramov iştirakçılara “Məişət Zorakılığının qarşısının alınması” haqqında qəbul edilmiş qanunun mühüm əhəmiyyətini qeyd etməklə, zorakılığa məruz qalmış hədəf qrupları, onlara göstərilən psixoloji yardım, sosial və hüquqi xidmətlər barədə geniş məlumat vermişdir. Mövzularla bağlı video materiallar nümayiş etdirilmişdir.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirdən sonra təlim kurslarının iştirakçılarına dərs vəsaitləri, broşürlər, bukletlər, digər maarifləndirici kitabça və yurnallar paylanmışdır.