Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib.

21 noyabr 2014 | 11:00

21 noyabr 2014cü il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib.  Partiyanın rayon təşkilatının  fəalları  əvvəlcə ulu öndərin xatirəsni ehtiramla yad etmiş, abidəsi önünnə gələrək tər gül dəstələri düzmüşlər.
  Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə  YAP   Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açaraq  açaraq tarixi gün münasibətlə tədbir iştirakçılarını təbrik etmiş, partiyanın yaranma tarixindən danışmışdır. O, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin xilas etdiyini, 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirmişdir. O, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası  müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu gün YAP ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə etməkdədir. 22 il ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası  müstəqil Azərbaycanın inkişafında  müstəsna xidmətləri olan respublikakamızın sürətli inkişafına  mühüm töhfələr bəxş etmişdir.
  Tədbirdə  çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün bütün respublikanın, o cümlədən Ağdaşın sürətlə inkişaf etdiyini, böyük quruculuq-abadlıq işlərinin aparıldığı qeyd etmiş,  əsası ulu öndər Heydər Əliyev tərəfindənqoyulan məqsədyönlü  siyasətin davam etdirilməsi üçün  dövlət  başçısının ətrafında daha  sıx birləşməyin vacibliyini vurğulamışlar.
Sonda  partiyanın bir qrup fəalları fəxri fərmanlarla  təltif edilmişdir.

Keçidlər