Ağdaşda Konstitusiya günü ilə bağlı dəyirmi masa keçirilmişdir.
12 noyabr 2014 | 11:00
12 noyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Konstitusiyası günü münasibətilə dəyirmi masa keçirilmişdir. Məruzə və çıxışlarda ölkəmizin Əsas qanunverici aktının qəbul edilməsinin milli dövlətçilik tariximizdə yeni mərhələ açdığı diqqətə çatdırılmışdır.
Dövlət quruculuğu prosesinin hüquqi əsasını təşkil edən bu ali sənədin qəbulundan sonra ölkəmizin dünyada sülhün, ədalətin və demokratiyanın bərqərar olunmasına layiqli töhfələr verdiyi, ulu öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyaya istinad edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda sivil inkişaf yolunda mühüm uğurlar əldə edildiyi qeyd olunmuşdur.