Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Ağdaşda təlimlər keçirmişdir.

07 noyabr 2014 | 11:00

7 noyabr  2014 cü il tarixdə Heydər Əliyev Mərkəzində Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Gənclərin seçmək və seçilmək hüququ - regionlarda gənclərin seçki aktivliyinin yüksəldilməsi” layihəsi növbəti təlim  keçirmişdir.
  Təlimdən öncə çıxış edən “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycanın gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verərək tədbiri açıq elan edib.
Layihənin təlimçisi Ceyhun Abbasov layihənin məqsədi və vəzifələri barədə məlumat vermiş, bu təlim vasitəsilə də rayon gənclərinə demokratiya, seçki, seçmək və seçilmək hüququ anlayışlarını,  seçkilərin dövlət və xalq üçün əhəmiyyətini izah etmiş, bu sahədə mövcud beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulamışdır.
İctimai Birliyinin sədr müavini Daşqın Rəcəbli gəncərə seçkilər, seçki prosesi, səsvermə və seçkili orqanlar haqqında geniş məlumat verməklı təlim prosesində  gənclərə özünütəsdiq və seçki aktivliyinin vacibliyi, ictimai fəallığın təşkilata çevrilməsi yolları, rayon gənclərinə qeyri-hökumət təşkilatları yaratmağın prosedur qaydaları barədə geniş bilgilər vermişdir.
Tədbirin yekununda gənclərə xatirə olaraq maarifləndirici toplu, bukletlər, onlara təlim prosesini xatırladacaq köynəklər və papaqlar verildi.

Keçidlər