Ağdaşda qanvermə aksiyası keçirilmişdir.
17 sentyabr 2014 | 10:00
17 sentyabr 2014-cü il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ağdaş Mərkəzi rayon xəstəxanasında Azərbaycan Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilmişdir.
Tədbirdə 613 nəfərədək donor iştirak etmiş, 230 nəfər qan vermişdir.