Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində İsmayıllı-Qəbələ-Şəki rayonlarına yolasalma mərasimi keçirilmişdir.

04 sentyabr 2014 | 10:00

Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə ekskursiya turunun iştirakçıları  əvvəlcə  ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri düzmüşdür.  Rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov yolasalma mərasimində çıxış etmiş,  ölkə Prezidentinin tapşırığına uyğun olaraq  “Ölkəmizi tanıyaq” devizi altında 3 marşrut- İsmayıllı-Qəbələ-Şəki rayonlarına keçiriləcək maarifləndirici tur aksiyasının əhəmiyyəti barədə məlumat vermiş, bu tədbirin valideynlər  tərəfindən razılıqla qarşılandığını bildirmişdir. O qeyd etmişdir ki, şagirdlər tur zamanı qədim tarixə malik olan bu bölgələrin keçmişini öyrənməklə yanaşı, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Yolasalma tədbiri başa çatdıqdan sonra tur iştirakçılarına rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunmuş, sonra ekskursiya iştirakçılarını aparan avtobus dövlət yol polisi avtomobilinin müşayiəti ilə yola düşmüşdür.

Keçidlər