Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində Ağdaşda görüş keçirilib.

21 avqust 2014 | 10:00

Layihə çərçivəsində  19 avqust 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Ağdaş gənclərinə dəstək qrupunun iştirakı ilə keçirilən görüşdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Cavid Osmanov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev, “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru Qiyas Abbasov  iştirak ediblər.
Tədbirdə çıxış edən  Beynəlxalq Avrasiya Mətbuat Fondunun  Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev, layihənin koordinatoru Qiyas Abbasov, Ağdaş gənclərinə dəstək qrupunun rəhbəri Şəbnəm Məmmədova layihə çərçivəsində həyata keçirilən tədbirlərlə  bağlı  iştirakçılara məlumat verib. Görüşdə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində mövcud problemlərin aradan qaldırılması üçün təkliflər səsləndirilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov  yaradılmış  dəstək qrupuna müxtəlif layihələrin həyata keçirilməsində daim yardımçı olacaqlarını bildirmiş,  rayon gəncləri  ilə aparılan işlərdən söz açaraq onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun  imzalanması ilə sona çatmışdır.

Keçidlər