Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Silahlı Qüvvələrin yaranması günü qeyd edildi

27 iyun 2014 | 10:00

Ağdaşda 26 iyun - Silahlı Qüvvələrin yaranması gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətafında davam etdirilmişdir.
Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət və ordu quruculuğunda yeni bir mərhələnin təməli qoyuldu. Onun 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Onun rəhbərliyi ilə qısa zaman kəsiyində ordu quruculuğu problemi həll olundu, Azərbaycan ordusu yenidən elmi-nəzəri əsaslar üzərində quruldu. Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha da möhkəmlənməsi, xüsusi ilə ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşdirilməsi üçün mühüm tədbirlər gördü. Azərbaycanda ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi kursu bu gün möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrilib.

Keçidlər