Nizami adına şəhər tam orta məktəbində tədbir keçirildi.
30 mart 2022-ci il tarixdə Nizami adına şəhər tam orta məktəbində rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının və torpaqlanlarımızın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə 1918-ci ilin mart soyqırımlarına həsr olunan filmin nümayişi keçirildi.
Qeyd olundu ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Məruzə və çıxışlarda vurğulandı ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Sonda tədbir iştirakçılarına bukletlər paylanıldı.