Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Ağdaş rayonunda Gənclər və İdman idarəsi ilə birgə Ağdaş Olimpiya İdman Kompleksi, Karate do regional mərkəz, Ləki qəsəbəsində Taekvondo gənclər klubu fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yeni tikilib istifadəyə verilmiş Ağdaş Olimpiya İdman Kompleksi, rayonun girişində Məşəd kənd ərazisində 5,5 ha ərazidə yerləşir. Kompleksdə süni örtüklü 1 basketbol meydançası, 1 voleybol meydançası, 1 tennis kortu, 1 eni 42 uzunluğu 61 m olan mini futbol meydançası, 2 trenajor zalı, 1 stolüstü tennis və bilyard zalı, 1 üzgüçülük hovuzu, 1020 yerlik böyük idman zalı və idmançıların istirahət etməsi üçün 3 ədəd kottec fəaliyyət göstərir.
Olimpiya İdman Kompleksində 200 nəfərdən artıq yeniyetmə və gənclər idmanın taekvondo, boks, sərbəst güləş, cudo və ağır atletika növləri üzrə məşgul olurlar.
2010-cu ilin fevral ayının 12-də Ağdaş Olimpiya Kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Karate do regional mərkəz M.Ə.Rəsulzadə küçəsində yerləşir. Ağdaş rayonunda karate-do idman növü ilə 4 nəfər məşqçi-müəllim 100-dən artıq yeniyetmə və gənc üçün məşqlər keçir.
Heydər Əliyev adına istirahət parkında yerləşən “K.İ.İ” sağlamlıq mərkəzində 50 nəfərə yaxın yeniyetmə və gənclərimiz idmanın karate do və ağır atletika növləri üzrə məşgul olurlar.
Ağdaş rayonunun Ləki qəsəbəsində Taekvondo və Boks növləri üzrə 70-ə yaxın yeniyetmə və gənc məşğul olur.
Ağdaş rayonunda artıq ənənə halını almış hər il Azərbaycan xalqının böyük oğlu Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Yeniyetmələrin Ümumrayon Spartakiadası keçirilir.
Spartakiadanın rəsmi açılışı 01 may Ağdaş Olimpiya Kompleksində bağlanışı isə 09 may tarixində Heydər Əliyev adına istirahət parkında keçirilir.
Rayonda 551 idman qurğusu, 1 stadion, 5 kompleks idman qurğuları, 1 üzgüçülük hovuzu, 29 idman zalı, 487 sadə idman qurğusu, 5 aerobika və idman zalları vardır.
Rayon üzrə idmanla məşğul olanların sayı 10668 nəfər təşkil edir. Onlardan idman ustalarının sayı 1, idman ustalığına namizədlərin sayı 3, beynəlxalq yarışların mükafatçıları 3 nəfər təşkil edir.
Rayon üzrə idman müəssisələrində çalışanların sayı 165 nəfərdir.
Rayonda güləş üzrə SSRİ çempionu Ramiz İbrahimov, dünya və avropa çempionu Xəzər İsayev kimi tanınmış idmançılar yetişmişdir.
 

Ağdaş rayon Uşaq Gənclər İdman Məktəbi

Ağdaş rayon Uşaq Gənclər İdman Məktəbi 1964- cü ildən fəaliyyət göstərir. Məktəbin əsas vəzifəsi idmanı şagirdlər arasında təbliğ etmək, idmanın müvəffəqiyyətinə nail olmaq, şagirdlərin asudə vaxtının səmərəliliyini təşkil etmək və perspektivli idmançıları aşkar etməkdir.
Uşaq Gənclər idman Məktəbində 17 qrup fəaliyyət göstərir. Özünəməxsus 250 m2 sahəsi olan 7 otaqdan ibarət 2 mərtəbəli binası vardır. İdman məktəbində futbol, voleybol, boks, sərbəst güləş bölmələrində 22 müəllim (14 ali, 6 orta ixtisas, 2 orta) fəaliyyət göstərir. Məktəbdə 212 şagird idmanla məşğul olur.
Məktəbin futbolçuları 1985- ci ildə Minsk şəhərində keçirilən Sevinc kubokunda 3-cü yer, 1986- cı ildə Qorki şəhərində keçirilən Sünbül kubokunda 2-ci yer, 1988- ci ildə Sevinc kuboku üzrə Azərbaycan birinciliyində 1-ci yerə, 2010- cu ildə zona birinciliyində 1- ci yer, 09-14 noyabr 2010- cu ildə Bakı şəhərində respublika birinciliyində IV yer, 13- 22 may 2011- ci il tarixdə Dövlət Müstəqilliyinin bərpasının 20- ci ildönümünə həsr olunmuş şagirdlərin VI spartakiadasında 2- ci yerə layiq görülmüşlər.
Boks üzrə Mustafayev Xəyyam 2003- cü ildə Azərbaycan birinciliyində 3- cü yerə, Nəbiyev Ümid 2006 - cı ildə Azərbaycan birinciliyində II yerə, Mirhüseynov İdris Azərbaycan birinciliyində 2007- ci ildə III yerə, 2010- cu ildə Süleyman Süleymanovun şərəfinə həsr olunmuş turnirdə 2 idmançı III yer, 10- 14 yanvar 2011- ci il tarixlərdə respublika birinciliyində Muradlı Elnur (66 kq) və Sadıqov Elnur (81 kq) III yerə, Səfərov Azad (50 kq) II yerə, 05-10 sentyabr 2011- ci il tarixlərdə respublika birinciliyində Rüstəmli Gülyar (68 kq) II yer, Nəbiyev Rüfət (34 kq) III yerə layiq görülmüşdür.
Voleybolçularımız 16-22 may 2011- ci il tarixlərdə Mingəçevir şəhərində keçirilən Spartakiadada zona üzrə I yerə, finalda isə III yerə layiq görülmüşdür.
Güləşçilərimizdən Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə 2010- cu ildə Hacıyev Rövşən I yerə, Səmədzadə Tələt II yer, Mustafayev Rəhman III yerə, 28-30 noyabr 2010- cu il tarixdə Əhmədli İmam (46 kq) II yerə, 01- 02 oktyabr 2011- ci il tarixlərdə Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə Şöyübov Ceyhun I yerə, Həmidov Qurban II yerə, Zülfüqarlı Azad III yerə layiq görülmüşdür.
 

Keçidlər