Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda xeyriyyə tədbiri həyata keçirilib.

14 mart 2022 | 11:00

14 mart 2022-ci il tarixdə “YAŞAT” Fondu tərəfindən Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ailələri və əlil müharibə iştirakçılarının bir qrupuna ərzaq sovqatları çatdırılıb.
Tədbirin əsas məqsədi həssas təbəqədən olan ailələrin Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə daha geniş şəkildə əhatə olunması və zəruri ehtiyaclarının qarşılanmasıdır.
Göstərilən diqqət və qayğıya görə şəhid ailələri və müharibə iştirakçıları ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər