Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda könüllülük fəaliyyəti ilə bağlı tədbir keçirildi.

14 mart 2022 | 11:00

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən regionlarda könüllülük proqramının icrası istiqamətində tədbirlər davam etdirilir. Tədbirlərin keçirilməsinin əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təşviq  etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılması, fərdi inkişafı və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdir.
14 mart 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gəncləri könüllü fəaliyyətə cəlb etmək məqsədilə yerli gənclərin iştirakı ilə görüş keçirildi.
Tədbirdə çıxış edənlər könüllülük fəaliyyətinin ölkəmizdə bərqərar olunmasında son illər ərzində həyata keçirilən tədbirlər, beynəlxalq yarışlarda sərgilənən işlərə toxunublar.
44 günlük Vətən Müharibəsindən sonra ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıda könüllülük fəaliyyətinin daha səmərəli olduğu  diqqətə çatdırılmaqla, bu tədbirlərdə dövlətin yükünün azaldılmasının ön plana çəkilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda könüllülük fəaliyyəti sayəsində fərqlənən gənclərin bir qisminin bilik və bacarıqları sayəsində karyera qurmaq yolunda müsbət nəticələrə yiyələndikləri diqqətə çatdırılıb.

Keçidlər