Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirildi.

09 mart 2022 | 11:00

09 mart 2022-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində  “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusuna həsr olunan tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Asif Ədilov bu istiqamətdə keçirilən tədbirlərin cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirməklə, cəmiyyətimizin, xüsusilə gənclərin dini radikalizm təhlükəsindən qoruması, radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd etdi.
Tədbirdə çıxış edənlər dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs etdilər. Dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən natiqlər respublikamızda bu istiqamətdə sistemli maarifləndirmə işinin aparıldığını vurğuladılar.
Tədbirin sonunda  Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminə sahə ilə bağlı çap olunmuş kitablar hədiyyə edildi.
Yekunda iştirakçıların sualları cavablandırıldı.

Keçidlər