Şriftin ölçüsü :

Saytın rəngi :

Pirəzə kəndində şəhidin il mərasimi keçirildi.

30 noyabr 2021 | 11:00

30 noyabr 2021-ci il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Əhmədov Elnur Etibar oğlunun il mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və gənclər təşkilatlarının nümayəndələri  iştirak edib.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub və məktəblilərin ifasında bədii  kompozisiya nümayiş etdirilib. Çıxış edənlər şəhid Elnur Əhmədovun döyüş yolu və vətənpərvərliyindən söhbət açıblar.
Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidin evində ehsan mərasimi təşkil olunub, rayon rəhbərliyi tədbirdə iştirak edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər