Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi iştirakçısına təltif olunduğu növbəti medallar təqdim edildi.

13 noyabr 2021 | 11:00

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən rayon İcra Hakimiyyətlərinin strukturu tərkibində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır.
Ağdaş rayon İcra Hakimiyyətində yaradılmış yeni şöbədə böyük məsləhətçi vəzifəsinə təyin edilmiş Vətən Müharibəsi iştirakçısı Mahir Seyidağa oğlu Musayev Cəbrayıl, Zəngilan, Ağdam və Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, erməni təxribatçılarına qarşı döyüş əməliyyatlarında baş kəşfiyyatçı olaraq verilən tapşırıqların öhdəsindən layiqincə gələrək xüsusilə fərqlənmişdir.
Döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə görə Mahir Musayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”,  “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
13 noyabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətində 44 günlük Vətən Müharibəsinin iştirakçısı Mahir Musayevə təltif olunduğu növbəti medalları təqdim olunmuş, rayon rəhbərliyi tərəfindən ona əmək fəaliyyətində yeni uğurlar əldə etməsi və cansağlığı arzulanmışdır.
Təbrik edirik!

Keçidlər