Şriftin ölçüsü :

Saytın rəngi :

Dəhnəxəlil kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirildi.

08 noyabr 2021 | 11:00

Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Dəhnəxəlil və Ağcayazı kəndlərindən olan şəhidlərin xatirəsinə Dəhnəxəlil kəndinin girəcəyində inşa edilən bulağın açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, doğmaları  iştirak edirdi.
Tədbirdə Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii  kompozisiya nümayiş etdirildi.
Allah rəhmət eləsin!

Keçidlər