Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirildi.

08 noyabr 2021 | 11:00

8 noyabr 2021-ci il tarixdə Ağdaş şəhərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Fərhadov Cəlaləddin Elxan oğlunun ildönümü ilə əlaqədar  xatirə  bulağının açılış mərasimi keçirilib, ehsan süfrəsi təşkil olunub.
Tədbir boyunca çıxış edənlər tərəfindən şəhidin döyüş yolu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyi şanlı Qələbədə böyük pay sahibi olduğu diqqətə çatdırılıb.
Mərasimdə rayon İcra Hakimiyyəti, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, gənclər təşkilatları, şəhidin doğmaları, yaxınları iştirak edirdi.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya təqdim edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər