Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda məktəbəqədər təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçirilib.

06 noyabr 2021 | 11:00

Vətən Müharibəsində Qələbənin birinci ildönümü və Zəfər Günü münasibətilə məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər təşkil edilib.
Tədbirlərdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub, uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər, bədii kompozisiyalar təqdim olunub.
Keçirilən tədbirlərdə şəhid ailələrinin üzvləri iştirak edib, şəhidlərin xatirəsinin körpə fidanların ifasında yad edilməsinə görə tədbirlərin təşkilatçılarına minnətdarlıq hisslərini bildiriblər.
Eyni zamanda Zəfər Günü ərəfəsində rayonun məktəbəqədər təhsil müəssisələri tərəfindən şəhərin mərkəzində şəhidlərin xatirə kompleksi ziyarət olunub, şəhid ailələrinə baş çəkilib.

Keçidlər