Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Zəfər Günü münasibətilə məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub.

06 noyabr 2021 | 11:00

5 noyabr 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin birinci ildönümü və Zəfər Günü ilə əlaqədar rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə rayonun ümumtəhsil müəssisələrinin şagirdləri,  şəhid ailələri, qazilər, müharibə iştirakçıları, şəhid övladları və ictimaiyyətin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva məktəblərdə Vətən Müharibəsinin birinci ildönümü və Zəfər Günü münasibətilə silsilə tədbirlərin keçirildiyini qeyd edib.
Xüsusi dizaynla bəzədilmiş sərgiyə baxış keçirilib, Vətən Müharibəsi ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib, məktəblilərin ifasında vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.
Yekunda fəal rəssamlar fəxri fərmanlarla təltif edilib.

Keçidlər