Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Dövlət Humanitar Kollecində tədbir keçirildi.

05 noyabr 2021 | 11:00

5 noyabr 2021-ci tarixdə Vətən Müharibəsində əldə edilən möhtəşəm Qələbənin birinci ildönümü və Zəfər Günü münasibətilə Ağdaş Dövlət Humanitar Kollecində tədbir keçirilib.
  Tədbirdə Dövlət Himni səsləndirilib,  torpaqlarımızın bütövlüyü  uğrunda  gedən müharibədə böyük fədakarlıq  nümunəsi  göstərərək  şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükula yad edilib.
  Tələbələr tərəfindən Vətən Müharibəsinin ön və arxa cəbhəsində baş verən hadisələri əks etdirən, həmçinin dövlət-xalq həmrəyliyinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.
Dövlət başçısının 44 günlük Vətən Müharibəsində çoxsaylı çıxış və xalqa  müraciətlərini əks etdirən videomateriallar nümayiş etdirilib.

Keçidlər