Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ilə əlaqədar məktəblər arasında intellektual oyunlar keçirildi.

04 noyabr 2021 | 11:00

4 noyabr 2021-ci il tarixdə rayon Gənclər İdman idarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon təmsilçiliyinin birgə təşkilatçılığı, Ağdaş şəhər məktəblərinin komandalarının iştirakı ilə M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib.
Zəfər Gününə həsr olunmuş bu tədbirdə iştirak edən komandalar öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yüksək nəticə nümayiş etdirən M.İsayev adına şəhər tam orta məktəbin komandası təşkilat komitəsi tərəfindən 1-ci yerə layiq görülüb və kubok əldə edib.
M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın komandası 2-ci, B.Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin komandası 3-cü yeri qazanıb. Təşkilat komitəsi tərəfindən həmin təhsil müəssisələrinin komandalarının üzvlərinə fəxri fərmanlar təqdim edilib

Keçidlər