Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhər Habil Əliyev adına uşaq musiqi məktəbində tədbir keçirilib.

03 noyabr 2021 | 11:00

Rayonun əmək kollektivləri, təhsil və mədəniyyət müəssisələrində Vətən Müharibəsində qələbənin əldə edilməsinin birinci ildönümünə həsr olunan tədbirlər davam etdirilir.
3 noyabr 2021-ci il tarixdə şəhər Musiqi məktəbinin konsert salonunda şagird və müəllimlərin iştirakı ilə  “Zəfər bizimlə” adlı ədəbi-bədii kompozisiyanın nümayişi keçirilib.
Tədbir başlamazdan öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Nazirliyinin xətti ilə keçirilən respublika əhəmiyyətli müsabiqələrdə uğur qazanmış şagird və müəllimlər  fəxri fərmanlarla  mükafatlandırılıb.
Zəfər gününə həsr olunan tədbirdə 44 günlük müharibə ilə bağlı videomateriallar  nümayiş etdirilib.
Tədbir boyunca şagird və müəllimlərin təqdimatında Azərbaycan bəstəkarlarının  vətənpərvərlik mövzusunda mahnı və marşları ifa edilib.
Məktəbin uşaq xorunun ifasında vətənpərvərlik mövzusunda təqdim olunan rəngarəng ifalar iştirakçılar tərəfindən alqışlarla  qarşılanıb.
Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları səhnəyə dəvət olunaraq onlara hədiyyələr təqdim olunub.

Keçidlər