Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin il mərasimi keçirildi.

27 oktyabr 2021 | 11:00

27 oktyabr 2021-ci il tarixdə Ağdaş rayonunun Qaradeyin kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Abbasov Nemət Elçin oğlunun il mərasimi keçirilib.  Mərasimdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib. Hüzr mərasimlərində şəhidin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhuna dualar oxunub. Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər