Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhid Osmanov Məhəmməd Seymur oğlunun ad günü ilə bağlı tədbir keçrilmişdir.

27 oktyabr 2021 | 11:00

27 oktyabr 2021-ci il tarixdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Osmanov Məhəmməd Seymur oğlunun doğum günü münasibətilə doğulub boya-başa çatdığı Ərəbocağı kəndində tədbir keçrilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, silahdaşları, məktəblilər, şəhidin ailə üzvləri, yaxınları  iştirak edirdi. Tədbirdə şəhidin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb. Tədbirdə Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Keçidlər