Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin il mərasimi keçrildi.

22 oktyabr 2021 | 11:00

Oktyabrın 22-də 44 günlük Vətən müharibəsində şəhid olmuş Ağdaş rayonunun Qaradağlı kənd sakini Əliyev Cəlil Qüdrət oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Qaradağlı kəndində mərasim keçirilmişdir. Mərasimdə millət vəkili Cavid Osmanov, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Hüzr mərasimlərində şəhidin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhuna dualar oxunub. Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Əliyev Cəlil Qüdrət oğlu 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə qismən səfərbərliklə cəbhəyə yola düşən Cəlil Əliyev Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir O, oktyabrın 22-də doğma kəndi Qaradağlıda dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər