Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidlərin il mərasimləri keçirildi.

29 sentyabr 2021 | 11:00

29 sentyabr 2021-ci il tarixdə rayonun Kotavan və Ağzıbir kəndlərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Kənan Hüseyn oğlu və İbrahimxəlilov Söyxan Eldəniz oğlunun il mərasimləri keçirilib.
Mərasimlərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Milli Məclisin deputatı Cavid Osmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik Qulu Əsədov,  ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Hüzr mərasimlərində şəhidlərin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhlarına dualar oxunub.
Şəhidlərin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər