Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti davam etdirilir.

24 sentyabr 2021 | 11:00

24 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Qaradeyin   kəndindən olan şəhidlər Abbasov Nemət Elçin oğlu, Məsimov Əkbər Yunis oğlu və Abad kəndindən olan şəhid Əliyev Atəm Vaqif oğlunun rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra şəhidlərin ailələrinə baş çəkilmiş, çay süfrəsi ətrafında onların döyüş yolu barədə söhbət açılmış, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatları təqdim edildi.

Keçidlər