Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhərində şəhid ailələri ziyarət olundu.

23 sentyabr 2021 | 11:00

23 sentyabr 2021-ci il tarixdə “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərən Ağdaş şəhərindən olan şəhidlər İsmiyev Emil Elman oğlu, Fərhadov Cəlaləddin Elxan oğlu və Məmmədov Elvin Eldəniz oğlunun rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra şəhidlərin ailələrinə baş çəkilmiş, şəhidlərin xatirəsi ehtiramla yad edilmiş, belə fədakar övladlar böyütdüklərinə görə şəhid valideynlərinə minnətdarlıq bildirilib.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına  öz minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatları təqdim edilib.

Keçidlər